“Real Madrid“ Mbappe üçün 1 milyard avro xərcləyə bilər

“Real Madrid“ Mbappe üçün 1 milyard avro xərcləyə bilər

İdman

22 Dekabr 2022 17:24 714


İspaniya "Real Madrid"i Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər. 

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu vəsaitin 486 milyon avrosu 24 yaşlı forvardın təzminatı, 630 milyon avrosu isə müqavilə şərtlərini yerinə yetirmək üçün nəzərdə tutulub. 

Madrid təmsilçisinin qarşıdakı günlərdə yenidən Paris klubuna təklif göndərəcəyi iddia olunub. 

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 20 oyuna çıxıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!