REAL sədri də Prezidenti təbrik edib:   “Bu milli hədəfə çatmaqdan ötrü...”

saytların hazırlanması

Evə çatdırılma

REAL sədri də Prezidenti təbrik edib: “Bu milli hədəfə çatmaqdan ötrü...”

Siyasət

09 Noyabr 2020 12:20 695


Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov Şuaşın işğaldan azad edilməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.

Yenisabah.az xəbər verir ki, İlqar Məmmədovun sosial şəbəkə üzərində ünvanladığı təbrik məktubunda deyilir:

“Azərbaycan espublikasının Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevə pizza hut

Hörmətli cənab Prezident!

Silahlı qüvvələrimiz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə partiyamızın adından Sizi təbrik, bu milli hədəfə çatmaqdan ötrü gördüyünüz bütün işlərinizə görə Sizə dərindən təşəkkür edirik.

Bu qələbə hazırda xalq olaraq apardığımız ədalətli müharibənin zəfərlə sona çatmasında ən mühüm mərhələdir. Yumruq kimi birləşmiş Azərbaycan xalqı bütün dünyaya milli varlığını, ləyaqətini, zəkasını və qətiyyətini bir daha sübut edir.

Zəfərə nail olmaqdan ötrü bundan sonra da ordumuzun rəhbərliyiniz altında düşmən ordusuna qarşı atacağı addımlarına dəstəyimizi ifadə edirik.

Bir daha hörmətlə,

Respublikaçı Alternativ (REAL) Partiyası adından

İlqar Məmmədov”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!