“Real” və PSJ-nin sabiq ulduzu Azərbaycan klubuna gəlir

saytların hazırlanması

Evə çatdırılma

“Real” və PSJ-nin sabiq ulduzu Azərbaycan klubuna gəlir

İdman

02 Yanvar 2023 10:48 1288


"Real"ın və PSJ-nin keçmiş futbolçusu Xese Rodriges karyerasını Azərbaycanda davam etdirə bilər.

"Report”un əldə etdiyi məlumata görə, vinger "Sabah”la anlaşmağa yaxındır.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək. pizza hut

Hazırda Türkiyə Super Liqa təmsilçisi "Ankaragücü”nün heyətində çıxış edən Xese Rodriges "Real"ın yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı PSJ, "Las Palmas”, "Stok Siti”, "Betis”, "Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı "Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!