Rəhbər şəxslərdən daha biri öldürüldü -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Rəhbər şəxslərdən daha biri öldürüldü - RƏSMİ

Dünya

02 Mart 2026 16:46 515


İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutda keçirdiyi hava əməliyyatı nəticəsində Hizbullahın mühüm simalarından birini zərərsizləşdirdiyini elan edib.

“Yeni Sabah” xəbər verir ki, rəsmi məlumata görə, hədəfli hücum nəticəsində qruplaşmanın Kəşfiyyat Qərargahının rəhbəri Hüseyn Makled öldürülüb.

Hadisə Livan paytaxtının cənubunda, Hizbullahın əsas qalalarından biri hesab edilən Dahiyə rayonunda baş verib. İsrail hərbi hava qüvvələri dəqiq zərbələrlə birbaşa kəşfiyyat mərkəzini hədəf alıb. pizza

Qeyd edək ki, Hüseyn Makled təşkilatın casusluq fəaliyyətlərinə, kəşfiyyat məlumatlarının toplanmasına və İsrailə qarşı hərbi əməliyyatların strateji planlaşdırılmasına cavabdeh olan ən yüksək rütbəli şəxslərdən biri idi.

IDF-in bəyanatında bildirilir ki, bu əməliyyat Hizbullahın komanda-nəzarət zəncirinə və kəşfiyyat imkanlarına ciddi zərbə vurub. Mütəxəssislər bu hadisəni İsrailin Hizbullah rəhbərliyini sıradan çıxarmaq istiqamətində həyata keçirdiyi silsilə "nöqtə əməliyyatları"nın davamı və təşkilat üçün böyük strateji itki kimi qiymətləndirirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!