Rejissor Emil Quliyevin filmi üçün yığılan pul mənimsənildi

saytların hazırlanması

Evə çatdırılma

Rejissor Emil Quliyevin filmi üçün yığılan pul mənimsənildi

Mədəniyyət

06 Dekabr 2023 20:02 2549


Rejissor Emil Quliyevə Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin nümayişi üçün yığılan pul verilməyib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı rejissor Emil Quliyev özü paylaşım edib.

“Təxminən bir il bundan öncə Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Pulumu almağa getdim. Dedilər ki, “sənin puluna kinoteatrın işıq pulunu ödəmişik”. Onların yerinə mən utandım, inanın Allaha. Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa, da kinoteatrımız işıqlı olsun”, - deyə E.Quliyev qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!