Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir.
Bənövşəyi Sezar pizza
Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. O, tənəffüs yollarını açır, havanın ciyərlərə yaxşı ötürülməsinə kömək edir. Əgər gündəlik qida rasionuna bənövşəyi ərzaq daxil etmirsənsə, onda özünü yorğun hiss edirsən. Ohayo universitetinin mütəxəssisləri sübut ediblər ki, bənövşəyi rəngdə olan tərəvəzlər xərçəng riskini azaldır.
Sarı
Sarı tərəvəzlər bədəni mikroblardan təmizləyir və toksinləri azaldır. Bu ərzaqlar endokrin sistemi üçün vacibdir. Mədə narahatlığına, şəkər və sinir xəstəliklərinə kömək edir.
Qırmızı
İnsana güc, qüvvə, xoşbəxtlik bəxş edir. Qan dövranını yaxşılaşdırır, tonusu azaldır. Qırmızı ərzaqlar qanazlığından və depressiyadan əziyyət çəkənlərə də xeyirlidir.
Telegram kanalımız