Rəngsiz, iysiz düşmən: O, səssiz öldürür - Həkim izah etdi

saytların hazırlanması

Evə çatdırılma

Rəngsiz, iysiz düşmən: O, səssiz öldürür - Həkim izah etdi

Sosial

05 Mart 2025 11:23 456


“Qazla işləyən cihazların hamısı nəzarət altında olmalıdır. Belə cihazlar işləyərkən karbon qazı dediyimiz karbon-dioksid qazı əmələ gəlir. BU cihazlarının atmosferlə mütləq əlaqəsi olmalıdır".

Bunu "Yeni Sabah"a həkim-toksikoloq Azər Maqsudov bildirib.

O, son vaxtlar artmış dəm qazından zəhərlənmələrin səbəbini izah edib: Dördpendirli pizza

“Karbon qazının toplandığı yerdə zəhərlənmə riski yüksəkdir. Ona görə də otaqlarda və hamamda nəfəslik olmalıdır.

Qaz cihazı işləyən kiçik otaqda belə təxminən yarım saatdan sonra sanitar rejim pozulur və karbon qazı oksigeni üstələyir. Bu isə zəhərlənmə halı yaradır. Yəni dəm qazının toksiki təsiri karbon-dioksidlə bağlıdır”.

A, Maqsudov qeyd edib ki, qaz cihazlarına detektorların quraşdırılması vacibdir:

“Dəm qazı hiss olunmur. Amma bəzi həssas adamlarda hava çatışmazlığı, baş ağrısı və baş gicəllənməsi kimi hallarla müşahidə oluna bilər. Karbon qazının nə qoxusu, nə də rəngi var. Problem də bundadır. Digər tərəfdən, qazla işləyən cihazlara detektor adlanan qurğular qoyulmalıdır. Həmin detektorlar qaz sızıntısı və dəm qazının sızıntısı zamanı xəbərdarlıq siqnalı verir. Tövsiyə edirəm ki, vətəndaşlar bu cihazlardan istifadə etsin”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!