Rəqibi “Qarabağ”dan çəkinir   - İlk açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rəqibi “Qarabağ”dan çəkinir - İlk açıqlama

İdman

14 İyun 2022 17:39 1371


“Doqquzqat Azərbaycan çempionu, yeddi dəfə ölkə kubokunun qalibi püşkatmanın üçüncü qrup səbətində ən yüksək reytinqə malik komanda idi ki, o da bizə rəqib oldu”. 

Yenisabah.az-ın xəbərinə görə, bu sözlər Polşa çempionu “Lex”in saytında dərc olunmuş yazıdan götürülüb. Bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, “Lex” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub.

Yazıda bildirilir ki, heç şübhəsiz, “Lex”in qarşısında çətin vəzifə durur: “Axı, komandanı Avropa meydanlarında təcrübəsi olan rəqiblə oyun gözləyir. Onlar demək olar ki, hər il qrup mərhələsində çıxış edirlər. Ötən mövsüm komanda Konfrans Liqasının H qrupundan ikinci yeri tutmuşdu. Yalnız “Bazel” qrupda “Qarabağ”dan güclü oldu. Pley-offda isə Azərbaycan təmsilçisi “Olimpik Marsel”ə uduzaraq mübarizəni dayandırdı”.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!