“Rəqsanə 520 min dollara görə tutulmayıb…” –   Vəkili yeni detalları açdı 

saytların hazırlanması

Evə çatdırılma

“Rəqsanə 520 min dollara görə tutulmayıb…” – Vəkili yeni detalları açdı 

Kriminal

19 Avqust 2025 10:17 11560


“Bu gün apellyasiya şikayətinə baxılacaq, hesab edirik ki, Rəqsanə İsmayılova azadlığa buraxılmalıdır”.

“Yeni Sabah”  bildirir ki, bu sözləri Teleqraf-a müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.

Vəkilin sözlərinə görə, müvəkkili özünü təqsirli hesab etmir. pizza sifarişi

Hikmət Əliyev “Zərərçəkmişlərin adını qeyd edə bilərsinizmi” sualına isə: “Hazırkı vəziyyətdə onların adlarının qeyd edilməsi istintaq sirrinin pozulmasına səbəb ola bilər. Ona görə də həmin şəxslərin adını açıqlamaq istəmirəm”, – deyə cavab verib.

Hikmət Əliyev onu da qeyd edib ki, Rəqsanə İsmayılovanın Rusiyada iş adamının azadlığa buraxılması üçün onun yaxınlarından 520.000 ABŞ dolları məbləğində pul alması haqda ittiham doğru deyil: “Bu haqda məlumat vermək istəmirəm. Məsələ tamamilə başqadır”.

“İfaçının həyat yoldaşı Fazil Əmiraslanovun Rusiyadakı restoranı satışa çıxararq ifaçının borclarını ödəyəcəyi haqda xəbərlər doğrudurmu” sualına isə Hikmət Əliyev: “Bu haqda məndə elə bir məlumat yoxdur. Bu məsələ doğru deyil”, – deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!