Müğənni Rəqsanə İsmayılova hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızının ad gününü qeyd edib.
Yenisabah.az xəbər verir ki, o, Təranənin böyük qızı Suellə birlikdə 1 saylı körpələr evinə gedərək 1 yaşlı Adelə ad günü sürprizi edib.
Rəqsanə görüntüləri sosial şəbəkə hesabında paylaşaraq yazıb: pizza hut
"Gözəl qızım Adel, səninlə olan bu görüş mənə çox ağır gəldi. Çox istiyərdim ki, sən də bacın Suel kimi mənim yanımda olasan. Lakin qanunlara riayət etmək hər birimizin borcudur. Adelin sonda bizə əl yelləməyi məni çox, həddən artıq çox məyus etdi. Allah heç kimi ata-ana sevgisindən məhrum etməsin, tezliklə Təranənin qapısını açsın".
Xatırladaq ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.
Telegram kanalımız