Rəqsanənin qızının nişanı oldu – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanənin qızının nişanı oldu – Fotolar

Şou

26 Yanvar 2022 10:59 1438


Tanınmış müğənni Rəqsanə İsmayılovanın qızı Aysun nişanlanıb.

Yenisabah.az xəbər verir ki, bu barıdə o, sosial şəbəkə hesabında məlumat verib.

Rusiyada keçirilən nişan mərasiminə pandemiya səbəbindən az sayda qonaq dəvət olunub. pizza mizza

Rəqsanə qızını belə təbrik edib:

“Aysun həyatımın ən çətin günlərində mənimlə böyüyüb. Bəzən hər şey bir göz qırpımında keçir. Vaxt zaman elə gedir ki, dayandıra bilmirsən. Bir vaxtlar körpəydi, həyatı dərk etmirdi, indi artıq ailə qurur, dərk edir. Deməli, qızım böyüyüb. Hər bir ananın arzusudur qız köçürdüb, gəlin gətirsin. Şükürlər olsun, bu gün mənə də qismət oldu. Nə qədər sevincli olsa bir qədər də kövrək bir hissdir. Allah bütün balaları xoşbəxt etsin. Övlad dünyanın ən şirin, ən gözəl nemətidir. Rəbbim övladlarımızı hər cür pislikdən, bəladan qorusun. Gözəl tale yazsın. Ən möhkəm dayağım olan canımdan bir parçam, xoşbəxt ol”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!