Rəqsanənin xərçəng xəstəsi olmasına dair sənədlər var - Vəkil

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanənin xərçəng xəstəsi olmasına dair sənədlər var - Vəkil

Kriminal

21 Avqust 2025 11:09 479


Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev yeni açıqlamalar verib. 

Yenisabah.az xəbər verir ki, o, Musavat TV-yə müğənninin xərçəng xəstəsi olduğunu təsdiqləyən sənədlərin mövcudluğunu bildirib:

“Rəqsanə İsmayılova hazırda istintaq təcridxanasında saxlanılır. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Rəqsanə İsmayılovanın xərçəng xəstəsi olması ilə bağlı tibbi sənədlər var. Həmin sənədləri məhkəməyə və istintaq orqanına təqdim edəcəyik. Saxlanma şəraiti ilə bağlı bir narazılığı yoxdur. Rəqsanə xanım özünü təqsirkar bilmir. Müğənni hazırda eyni maddənin 2 epizodu ilə ittiham olunur”. Dominos pizza

Hikmət Əliyevin sözlərinə görə, Rəqsanə İsmayılovanın ərinin əmlakını satışa çıxarması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Məsələnin nə olması ilə bağlı ətraflı məlumat verə bilmirəm, çünki bu, hazırda istintaq prosesinə mane olmaq deməkdir. Daxili İşlər Nazirliyinin onlarla bağlı hər hansı bir narazılığı yoxdur. Mən onun əri Fazil Əmiraslanovla əlaqə saxlayıram. Onun əmlaklarının satışa çıxarılması fikri doğru deyil. Özü də, övladları da Azərbaycandadır. Rəqsanə xanım da istintaqın dəvəti ilə özü sorğuya gedib. Heç bir məcburetmə halları olmayıb. Apellyasiya şikayəti də vermişik. Düşünürük ki, istintaq prosesi ev dustaqlığı ilə də təmin oluna bilər”.

Müğənni Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə ittiham olunur. Qərar təsdiqini taparsa, onu 10 ildən 14 ilə qədər həbs cəzası gözləyir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!