Rəşad Dağlının vəkilinin tutdurduğu hüquq müdafiəçisi   azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Dağlının vəkilinin tutdurduğu hüquq müdafiəçisi azadlığa çıxdı

Hadisə

29 Noyabr 2025 09:42 4370


İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, noyabrın 29-da F.Cəfərlinin həbs müddəti bitib və o, səhər saatlarında saxlandığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Hüquq müdafiəçisi artıq evindədir. Dördpendirli pizza

Xatırladaq ki, F.Cəfərli iyulun 29-da Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) ittiham olunurdu.

Ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, meyxanaçı Rəşad Dağlının vəkili olmuş Elvin Əliyev qaldırmışdı.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!