Rəşad Gəncəliyə qarşı yeni ittiham irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Gəncəliyə qarşı yeni ittiham irəli sürüldü

Kriminal

28 May 2019 07:30 1508


Minsk rayonunun mehmanxana komplekslərindən birində saxlanılan Rəşad Gəncəli kimi tanınan "qanuni oğru” və onun tərəfdarlarına yeni ittihamlar irəli sürülüb.

Belarus mətbuatının verdiyi xəbərə görə, 2018-ci il noyabrın 23-də Minskdə həbs edilən Rəşadın icarəyə götürdüyü evdə və onların şəxsi avtomobilində axatarış aparılıb. Nəticədə "Makarov” tapançası, 14 döyüş patronu və həşiş aşkar olunub.

Faktla bağlı Cinayət işi qaldırılıb.  pizza

Bu günlərdə isə ona və 42 yaşlı həmyerlisi ilə 35 yaşlı Brest vilayəti sakininə qarşı yeni ittiham irəli sürülüb. 

İstintaq müəyyənləşdirib ki, cinayətkar dairələrdə nüfuzlu olan 41 yaşlı Azərbaycan vətəndaşı dəfələrlə ağır cinayət törətdiyinə görə məsuliyyətə cəlb olunub. O, uydurulmuş bir şəxsin adına saxta Rusiya pasportundan istifadə edərək Belarus sərhədini keçib və Minksdəki müxtəlif oyun yerlərinə gedib. 

Məlumata görə, Rəşad Məmməd oğlu İsmayılov (Rəşad Gəncəli) Ukraynadakı Azərbaycan diasporuna nəzarət edən kimi tanınır. Rəşad Gəncəli və onun cinayətkar qrupunun saxlanılan iştirakçıları dəfələrlə Rusiya və Ukraynada administrativ və cinayət məsuliyyətinə cəlb ediliblər. 

Bu dəstənin Rusiyanın və Ukraynanın müxtəlif regionlardakı ticarət mərkəzlərində və topdansatış bazarlarında Azərbaycandan olan biznesmenlərə qarşı da müxtəlif cinayətlər törətdikləri bildirilir/Reyting.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!