Rəşad Məcid maraqlı fakt açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Məcid maraqlı fakt açıqladı

Sosial

15 Mart 2019 16:32 838


“Rus məktəblərinin Azərbaycan məktəblərindən səviyyəli olması barədə təsəvvürlər mifdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu  Yazıçılar Birliyinin gənclərlə üş üzrə katibi, tanınmış şair Rəşad Məcid deyib. O bildirib ki, rus məktəblərində peşəkar kadrlar azdır:

“Rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırmaq istəyirəm. Məncə , mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla rus məktəblərinə qarşı cazibəni bir az azalda bilər. pizza

Rus məktəblərinin Azərbaycan məktəblərindən səviyyəli olması  fikri keçmiş sovet dövründən qalan illüziyadır. Yaxşı müəllimlər və peşəkar kadrlar azlıq təşkil edir. Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır.

Heç Bakının ən çox tələbə adını qazanan məzunları olan 5 ən yaxşı məktəbi sırasında da rus məktəblərinin adı yoxdu. Ona görə də, rusca bilməyən uşaqlarını zorla rus məktəbində oxutdurmaq istəyən valideynlər səhv qərar verir, övladlarının gələcəyini indidən riskə atmış olurlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!