Rəsmi Ankara İrandakı Türkiyə vətəndaşlarına çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Ankara İrandakı Türkiyə vətəndaşlarına çağırış etdi

Dünya

28 Fevral 2026 16:23 408


Türkiyə Xarici İşlər Nazirliyi İrandakı vətəndaşlarına təhlükəsizliklə bağlı çağırış edib.

"Yeni Sabah" xəbər verir ki, XİN İranda mövcud təhlükəsizlik vəziyyətinin həssas olduğunu bildirərək, vətəndaşları diqqətli olmağa çağırıb.

Açıqlamada zəruri hallar istisna olmaqla, İrana planlaşdırılan səfərlərin təxirə salınması tövsiyə olunub. pizza

Bundan başqa Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi İrandan Türkiyəyə qaçqın axını ilə bağlı iddialara cavab verib. Mərkəz İran sərhədindən Türkiyəyə qanunsuz köç iddiası ilə bağlı yayılan görüntülərin vaxt və yerinin məlum olmadığını, çəkilişin köhnə olduğunu və məqsədli şəkildə yenidən dövriyyəyə buraxıldığını açıqlayıb.

“Buna dair hər hansı konkret məlumat yoxdur. Bu cür paylaşımlar sərhəd təhlükəsizliyini hədəf alaraq ictimaiyyətdə mənfi rəy formalaşdırmağı məqsəd daşıyır. Türkiyənin sərhəd təhlükəsizliyi fasiləsiz şəkildə təmin edilir”, — açıqlamada qeyd olunub


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!