Rəsmi Bakı: Fransa özünün dar maraqları naminə Ermənistandan istifadə edir

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı: Fransa özünün dar maraqları naminə Ermənistandan istifadə edir

Siyasət

05 Oktyabr 2024 22:48 800


Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir ”, - məlumatda vurğulanıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!