Rəsmi Tbilisi Azərbaycana dron hücumlarını qınadı

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Tbilisi Azərbaycana dron hücumlarını qınadı

Siyasət

05 Mart 2026 18:30 391


Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana dron hücumlarını qınayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə XİN-nin bəyanatında bildirilib.

XİN beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş hər hansı bir hərəkətin qəbuledilməz olduğunu qeyd edib. Toyuqlu pizza

"Gürcüstan və Azərbaycan arasındakı möhkəm dostluq və strateji tərəfdaşlığı nəzərə alaraq, Gürcüstan bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəyliyini ifadə edir”, - bəyanatda deyilir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!