Restoran sahibi 4 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Restoran sahibi 4 min manat cərimələndi

Hadisə

25 İyul 2021 18:51 2890


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Çinar” şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Yenisabah.az-a verilən məlumata görə, şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən qonaqların bəzilərinin COVID-19 pasportu olmadığı, xidmət personalının tibbi maskadan istifadə etmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntularına görə, obyektin icarədarı Arif Əzimov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!