Restoranlar və Ticarət mərkəzləri açıldığı halda kinoteatrlar niyə açılmır?   - Video

saytların hazırlanması

Evə çatdırılma

Restoranlar və Ticarət mərkəzləri açıldığı halda kinoteatrlar niyə açılmır? - Video

Mədəniyyət

18 Avqust 2021 11:25 2826


Artıq uzun müddətdir ki, daha dəqiq desək 2020-ci ilin mart ayından kinoteatrlar tamaşaçı üzünə həsrətdir. Pandemiya səbəbindən bağlanan kinozallar deyəsən heç açılana da oxşamır. 

Amma bu sahə bizə elə belə sıxıntılı günlərdə lazım idi ki, insanlar pandemiyanın qazandırdığı psixoloji gərginliyi məhz elə kinoteatrlarda atsın.

Yenisabah.az xəbər verir ki, şəhər sakinləri bildirib ki, kinozallarda maska taxaraq belə film izləməyə razıdırlar.  Dördpendirli pizza

Gün ərzində 7-8 film nümayiş etdirilən zallarda artıq il yarımdır ki, nə işıq yanır nə də ki alqış, qəhqəhə səsi eşidilir. 

Bağlı qalan qapıları çəkiliş üçün Baku TV əməkdaşlarının üzünə açan Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva pandemiya dönəmində kinoteatrlarına dəyən maddi ziyanı hesablamaqda çətinlik çəkdiyini söylədi.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!