Rəsul Çunayev Azərbaycanı tərk edib? - Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rəsul Çunayev Azərbaycanı tərk edib? - Özü açıqladı

İdman

29 May 2022 14:26 1209


“Son günlər haqqımda sosial şəbəkələrdə Azərbaycanı tərk etməyimlə bağlı məlumatlar yayılıb. Xəbərin altında isə qeyd edilib ki, rəsmi məlumat deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.

O, ölkəni tərk etməsi barədə iddialara aydınlıq gətirib və məlumatın dezinformasiya olduğunu bildirib. Dominos pizza

“Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın”, - deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Yunan-roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev bir neçə gün əvvəl mətbuata müsahibəsində başqa ölkənin bayrağı altında güləşmək niyyətində olduğunu bildirmişdi. İdmançı buna səbəb kimi maddi cəhətdən dolana bilməməsini göstərmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!