Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə fevralın 28-nə keçən gecə Sulutəpə qəsəbəsindəki evlərin birindən 17.000 manat pul və mobil telefonun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun ev sahibinin arvadı tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb. Pepperoni pizza
Araşdırma aparılır.
Telegram kanalımız