Rihanna və “A$AP Rocky“ evlənir - İddia

saytların hazırlanması

Evə çatdırılma

Rihanna və “A$AP Rocky“ evlənir - İddia

Şou

05 Yanvar 2022 14:02 949


Rihanna və "A$AP Rocky" evlənməyi planlaşdırırlar.

Yenisabah.az "HollywoodLife"a istinadla xəbər verir ki, ulduzlar yeni ili müğənninin vətəni Barbadosda qeyd etdikdən sonra bu qərara gəliblər.

Bu barədə ABŞ nəşrinə cütlüyə yaxın mənbə məlumat verib. pizza sifarişi

Hələlik rəsmi təklif olmasa da, insayder bunun yalnız “vaxt məsələsi” olduğuna inanır.

“Rokki tamamilə Rihannanın mükəmməl qadın olduğunu hiss edir, onsuz həyatı təsəvvür edə bilməz. Onlar uzun müddətdir ki, evliliyi müzakirə edirlər və bilirlər ki, hər ikisi bunu istəyir”, - deyə mənbə qeyd edib.

Ulduzlar uzun müddətdir ki, dostdurlar, lakin 2020-ci ilin əvvəlində romantik münasibətləri haqqında danışmağa başlayıblar.

Münasibətlərin təsdiqi yalnız bir il sonra baş verib: 2021-ci ilin may ayında Rokki GQ jurnalına müsahibədə bildirib: "Rihanna həyatımın sevgisidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!