Fənn bilikləri ilə bağlı imtahan olunan süni intellekt Aristo 90 faiz uğur əldə edib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 4 il bundan öncə yalnız 8-ci sinif imtahanına salınan və sualların yalnız 60 faizinə düzgün cavab verən Aristo bu il sualların 90 faizini uğurla cavablandırıb.
Bununla kifayətlənməyən alimlər, onu 12-ci sinif imtahanında da test ediblər. Burad sualların da 80 faizini düzgün cavablandıran süni intellekt rekord qırıb. pizza hut
Qeyd olunur ki, normal süni intelekt əzbərləmək yolu ilə sualları cavablandıra bilirdi. Aristonu dəyərli edən isə budur ki, fənn biliklərindən düşən suallar məntiq işlətmək tələb edirdi. İnsan kimi düşünmək bacarığına sahib olan Aristo cavab variantları arasında məntiqi bağlantı quraraq sualları uğurla cavablandırıb.
Alimlər hazırda riyaziyyatla bağlı sualları cavablandırmağı bacaran robot üzərində çalışır.
Telegram kanalımız