Roma Papasının dindarlarla Müqəddəs Pyotr kilsəsində ənənəvi bazar görüşü təxminən yarım saatlıq gecikmə ilə başlayıb.
“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb Papanın liftdə qalması olub.
Tərəfdarlarına səslənən Papa Fransiskus gecikdiyi üçün üzr istəyib və 25 dəqiqə liftdə qaldığını deyib. Roma Papası onu xilas edən yanğınsöndürənlərə xüsusi təşəkkür edib. Dördpendirli pizza
Bəlli olub ki, Papa onu şəxsi yaşayış yerindən Apostol sarayının dördüncü mərtəbəsinə qaldıran kiçik liftdə qalıbmış.
Telegram kanalımız