Ronaldo baş məşqçiyə əsəbləşdi: Millinin düşərgəsini tərk etmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo baş məşqçiyə əsəbləşdi: Millinin düşərgəsini tərk etmək istədi

İdman

08 Dekabr 2022 14:11 734


Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçda (6:1) start heyətdə yer almayacağını öyrənəndən sonra yığmanın düşərgəsini tərk etmək istəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb. Bildirilib ki, 37 yaşlı hücumçu baş məşqisi Fernandu Santuşun onu ehtiyatda saxlamaq qərarına əsəbiləşib. Kriştiano əşyalarını yığıb Portuqaliya millisinin düşərgəsini tərk etməyə çox yaxın olub. Lakin bir müddət sonra futbolçu hələ də bu komandada mühüm rol oynaya biləcəyini anlayaraq sakitləşib.

Portuqaliya millisi bu vəziyyətə çox diqqət yetirmək istəmir.  Toyuqlu pizza

Qeyd edək ki, Santuşun Ronaldonun əvəzinə start heyətdə meydana çıxardığı Qonsalu Ramuş İsveçrə ilə görüşdə het-trikə imza atıb. Ramuş 73-cü dəqiqədə Ronaldo ilə əvəzlənib.

Qeyd edək ki,  Portuqaliya millisi DÇ-2022-nin 1/4 final matçında Mərakeşlə qarşılaşacaq. Dekabrın 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!