"Əl-Nəsr" yeni transferi Kriştiano Ronaldonu mövsüm üçün iştirak ərizəsinə daxil edib.
Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qalettinin "Tvitter" hesabına məlumat yayılıb.
Əcnəbi oyunçularla bağlı məhdudiyyət səbəbindən kamerunlu hücumçu Vensan Abubakar Səudiyyə Ərəbistanından icarə əsasında ayrılıb. Bu, portuqaliyalı oyunçuya qeydiyyatdan keçməyə imkan verib. Pepperoni pizza
Ronaldo yanvarın 6-da keçirilən " Əl-Nəsr"in " Əl-Tay"la (2:0) matçında iştirak etməyib .
37 yaşlı futbolçu "Mançester Yunayted"i tərk etməmişdən əvvəl İngiltərə Futbol Assosiasiyasının ona verdiyi 2 oyunluq qadağaya görə oynamamış ola bilər .
Beləliklə, hücumçu mümkün debütə qədər yeni komandasının daha bir oyununu buraxacaq.
Telegram kanalımız