Ronaldo ərəb klubuna keçir: İldə 200 milyon avro alacaq

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo ərəb klubuna keçir: İldə 200 milyon avro alacaq

İdman

30 Noyabr 2022 13:52 1054


"Mançester Yunayted"dən ayrılan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə yaxındır.

Yenisabah.az "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanacağı gözlənilir.

Ronaldonun “Əl-Nəsr”də keçirdiyi hər mövsümə görə 200 milyon avro qazanacağı bildirilib. Bu məbləğə maaş və reklam gəlirləri daxildir. Toyuqlu pizza

37 yaşlı hücumçunun idman ambisiyalarını azaltmağa və zəif liqadan bir kluba keçməyə hazır olduğu qeyd olunub. Avropa klublarından heç biri Ronaldoya "Əl-Nəsr"lə müqayisə oluna bilən təklif etməyib. 

Xatırladaq ki, bir müddət əvvəl Ronaldonun “Mançester Yunayted”lə müqaviləsinə xitam verilmişdi. İndi forvard azad agent statusundadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!