Ronaldo əvvəldən “Manchester United”i tərk etmək niyyətli olub

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo əvvəldən “Manchester United”i tərk etmək niyyətli olub

İdman

12 Dekabr 2022 10:44 768


Portuqaliyalı hücumçu Kriştiano Ronaldo hələ qalmaqallı müsahibəsindən əvvəl “Manchester United”i tərk etmək niyyətində idi.

Yenisabah.az “The Athletic”ə istinadla xəbər verir ki, Ronaldo noyabrın 13-də milli komandanın düşərgəsinə yola düşməzdən əvvəl Karrinqton bazasındakı soyunub-geyinmə otağından əşyalarını götürüb.

Xatırladaq ki, 37 yaşlı portuqal müsahibələrinin birində klub rəhbərliyini tənqid edərək, baş məşqçi Erik ten Haaqa hörmət etmədiyini və bunun qarşılıqlı olduğunu düşündüyünü bildirib. Dominos pizza

Noyabrın 22-də isə “mankunianlar” hücumçu ilə müqaviləyə xitam verdiyini açıqlayıb.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!