Ronaldo komanda yoldaşları üçün ziyafət təşkil etdi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo komanda yoldaşları üçün ziyafət təşkil etdi

İdman

27 Noyabr 2022 10:24 837


Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Dohada komanda yoldaşları üçün şam yeməyi təşkil edib.

Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki,  37 yaşlı oyunçu hesabı ödəyib. Şam yeməyinə Ronaldonun bu ay ayrıldığı “Mançester Yunayted”in futbolçular Brunu Fernandeş və Dioqu Dalot da qatılıb.

Bernardo Silva, Joao Kanselu və Xose Sa ailələri ilə Qətərdə olduqları üçün iştirak etməyiblər. Onlar ailələri ilə vaxt keçirmək qərarına gəliblər. pizza sifarişi

Qeyd edək ki, Portuqaliya DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Qanaya 3:2 hesabı ilə qalib gəlib. Yığma növbəti oyununu noyabrın 28-i Uruqvaya qarşı keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!