Ronaldo məhkəməyə verildi: 1 milyon ziyana düşə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo məhkəməyə verildi: 1 milyon ziyana düşə bilər

İdman

19 Noyabr 2022 08:54 852


İngiltərənin “Mançester Yunayted” komandası hücumçusu Kriştiano Ronaldonu məhkəməyə verir.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, klub bu yaxınlarda verdiyi müsahibəsində “Mançester Yunayted” haqda xoşagəlməz fikirlər səsləndirən portuqaliyalı futbolçuya qarşı məhkəmə iddiası hazırlamaq üçün vəkillər tutub. pizza

Qeyd edək ki, Ronaldo “The Sun”a müsahibəsində “Mançester Yunayted”in xəyanətindən, həmçinin Erik ten Haaqın etdiyi hörmətsizlikdən danışıb. Portuqaliyalı futbolçu, həmçinin 2021-ci ilin yayında keçmiş komandasına qayıtmazdan əvvəl “Mançester City”yə keçməyə yaxın olduğunu deyib.

Mətbuatda yayılan xəbərlərə görə, klubun hücumçunu 1 milyon funt-sterlinq cərimə edəcəyi deyilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!