Ronaldo “pul yağışı“na düşüb: Daha 200 milyon avro!

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo “pul yağışı“na düşüb: Daha 200 milyon avro!

İdman

10 Yanvar 2023 14:13 1064


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olunan Kriştiano Ronaldo ölkənin DÇ-2030-a namizədliyinin səfiri olmaqla 200 milyon avro qazanacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb. Daha əvvəl kommersiya gəlirləri nəzərə alınmaqla hücumçunun "Əl Nəsr"də illik təxminən 200 milyon avro qazanacağı bildirilirdi. Lakin bu, Ronaldonun Səudiyyə Ərəbistanında əldə edəcəyi bütün gəlirlər deyil. 

Ronaldo müqaviləyə əsasən 200 milyon avrodan çox qazanacaq. 37 yaşlı forvard Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına namizədliyinin səfiri olacaq və bunun üçün ona daha 200 milyon avro ödəniləcək”.  Dominos pizza

Xatırladaq ki, Ronaldonun vətəni Portuqaliya da DÇ-2030-a ev sahibliyi etmək üçün namizəddir. Bu ölkə də İspaniya və Ukrayna ilə birgə namizədlik ərizəsini təqdim edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!