“Ronaldo Ronaldo olaraq qalır, o həmişə belə olub”.
Yenisabah.az “Daily Mail”ə istinadla xəbər verir ki, bu sözləri “Liverpool”un sabiq futbolçusu Ceymi Karraqer deyib.
O, “Manchester United”in sabiq hücumçusu Kriştiano Ronaldo haqda danışıb: "İdmanda belədir. İstənilən baş məşqçi futbolçudan daha çox nəticə əldə etmək və ona daha az enerji sərf etmək istəyir. Problemlər çox olanda isə oyunçu getməli olur”.
Qeyd edək ki, Ronaldo bir müddət əvvəl britaniyalı jurnalist Pirs Morqana qalmaqallı müsahibə verərək, “Mançester United”in baş məşqçisi Erik ten Haaq və klub rəhbərliyi haqqında mənfi fikirlər səsləndirib. Bundan sonra ingilis klubu Ronaldo ilə müqaviləyə xitam verdiyini açıqlayıb.
Telegram kanalımız