Ronaldo Səudiyyə Ərəbistanına köçür:   Mənzil ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo Səudiyyə Ərəbistanına köçür: Mənzil ayrıldı

İdman

27 Dekabr 2022 11:51 1017


Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo "Əl-Nəsr"ə (Səudiyyə Ərəbistanı) transfer olunmağa daha da yaxınlaşıb. 

Yenisabah.az xarici KİV-lərə istinadən xəbər verir ki, klub artıq futbolçunun tibbi müayinədən keçmə tarixini müəyyənləşdirib. Həmçinin 37 yaşlı hücumçu və onun nümayəndələri üçün yaşayış yeri də ayrılıb.

"Əl-Nəsr" qış transfer pəncərəsinin açılması ilə bütün rəsmiyyətləri həll etməyə ümid edir. Bildirilir ki, müqavilənin ümumi şərtləri artıq razılaşdırılıb. İndi qərar futbolçunun özünə qalıb - o, müqaviləni imzalayıb-imzalamaqla bağlı qərar verməlidir. pizza

Bildirilib ki, hücumçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilə qədər hesablanacaq və onun gəliri ildə 200 milyon avro təşkil edəcək.

Xatırladaq ki, 37 yaşlı futbolçu "Mançester Yunayted"lə müqaviləyə xitam verildikdən sonra azad agent statusundadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!