Ronaldo Səudiyyə Ərəbistanında bu tarixdə meydana çıxacaq   - Dəqiqləşdi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo Səudiyyə Ərəbistanında bu tarixdə meydana çıxacaq - Dəqiqləşdi

İdman

08 Yanvar 2023 10:41 827


Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi tarix müəyyənləşib.

 Yenisabah.az xəbər verir ki, bu haqda “L'Equipe” nəşri məlumat yayıb.  Onun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

O vaxta qədər portuqaliyalı hücumçuya İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq. Dominos pizza

Ronaldo daha əvvəl 2023-cü ildə “Əl Nəsr”in ilk matçını buraxmışdı.  Həmin görüşdə komanda "Əl-Tai"ni məğlub edib (2:0). Növbəti oyunda “Əl-Nəsr” yanvarın 14-də “Əl-Şəbab”la qarşılaşacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!