Ronaldo villasına 6 min avro maaşa işçilər axtarır

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo villasına 6 min avro maaşa işçilər axtarır

İdman

29 Dekabr 2022 11:41 882


Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ölkəsindəki villasına işilər axtarır. 

Yenisabah.az Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bağban, aşbaz və qulluqçu işə götürmək istəyir. Maaş ayda 6 min avro olacaq. Namizədlər Atlantik okeanı sahilində, Kaskaisdə villada işləyəcəklər. Ronaldo oranı 10 milyon avroya alıb.Üç mərtəbəli villanın sahəsi 2720 kvadratmetrdir. Orada bir neçə bağ, açıq hovuz (qapalı hovuza əlavə olaraq), idman zalı, tennis kortu və 20-dən çox avtomobil üçün qaraj var. Villa Portuqaliyada ən bahalı mülk hesab olunur. 

İşə qəbul olunacaq şəxslər gizlilik müqaviləsi imzalamalıdır.  pizza

Qeyd edək ki, Ronaldo hazırda azad agentdir. Onun "Əl-Nəsr"ə keçəcəyi iddia olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!