“Ronaldonun 20 yaşındakı ayaqları yoxdur“ -  Rəqib futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Ronaldonun 20 yaşındakı ayaqları yoxdur“ - Rəqib futbolçu

İdman

26 Yanvar 2023 15:37 957


“Əl-İttihad”ın müdafiəçisi Marsel Tisserand Səudiyyə Ərəbistanı kubokunun yarımfinal mərhələsində "Əl-Nəsr"lə oyun öncəsi rəqib komandanın hücumçusu Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb. 

Yenisabah.az "Footmercato"ya istinadən xəbər verir ki, o deyib: 

“Ronaldo özünə yaxşı baxır. Amma onun daha 20 yaşındakı ayaqları qətiyyən yoxdur. Görürük ki, indi ona bir az daha çox komanda yoldaşları lazımdır. Ronaldo daha çox başı ilə oynayır, hərəkətlərinə və vaxtı hiss etməsinə daha çox diqqət yetirir. O, inkişaf edir. Düşünürəm ki, o, Səudiyyə Ərəbistanı çempionatına tez uyğunlaşacaq”.  Dördpendirli pizza

Qeyd edək ki, bu gün keçiriləcək “Əl-Nəsr” - “Əl-İttihad” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!