Səudiyyə Ərəbistanının “Əl-Nəsri” futbol klubunun idman direktoru Marselo Salazar Kriştiano Ronaldonun mümkün transferindən danışıb.
Yenisabah.az “Yahoo”ya xəbər verir ki, bu barədə o, deyib: “Mən müsbət və ya mənfi cavab verə bilmərəm. Gəlin, gözləyək, görək, ilin sonuna qədər işlər necə inkişaf edəcək. Başa düşürsünüz ki, bu danışıqlar təkcə klub üçün deyil, bütün ölkə, eləcə də dünya futbolu üçün böyük əhəmiyyət kəsb edir. Onlara yuxarı orqanlar rəhbərlik etməlidir.
Deyə bilərəm ki, Kriştiano Ronaldo tarixin ən yaxşılarından biridir. Mən onu həmişə nümunəvi idmançı hesab etmişəm. Və bir portuqal kimi mən ona pərəstiş etdim. Amma gəlin, yekunu gözləyərək”. pizza
Telegram kanalımız