"Əl-Nəsr"in (Səudiyyə Ərəbistanı) baş məşqçisi Rudi Qarsiya futbolçusu Kriştiano Ronaldo haqqında maraqlı iddia irəli sürüb.
Yenisabah.az xəbər verir ki, 58 yaşlı mütəxəssis 37 yaşlı hücumçunun karyerasını başa vurmadan əvvəl yenidən Avropada oynayacağını deyib: "Ronaldo dünyanın ə yaxşı futbolçularından biridir və karyerasını "Əl-Nəsr"da sonlandırmayacaq. O, yenidən Avropaya qayıdacaq".
Qeyd edək ki, Ronaldo ötən ilin noyabr ayında "Yunayted"dən ayrılıb. O, dekabr ayının 30-da "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb. Portuqaliyalı forvard daha əvvəl "Sportinq", "Real", "Yuventus" kimi komandaların formasını da geyinib. pizza sifarişi
Telegram kanalımız