Rori Styuart Əfqanıstanda baş verənlər haqda: “Qorxuram ki, artıq gecdir”

saytların hazırlanması

Evə çatdırılma

Rori Styuart Əfqanıstanda baş verənlər haqda: “Qorxuram ki, artıq gecdir”

Dünya

15 Avqust 2021 15:48 1296


İngiltərənin keçmiş beynəlxalq inkişaf katibi BBC -yə müsahibəsində İngiltərə və ABŞ-nin Əfqanıstandan dəstəyini götürməyinin "kobud və inanılmaz bir məsuliyyətsizlik" olduğunu söyləyib.

Yenisabah.az xəbər verir ki, Rori Styuart Əfqanıstan ordusu kimi bir ordunun hava dəstəyi olmadan döyüşməsinin çətin olacağını vurğulayıb: 

“İngiltərə və ABŞ Talibanla mübarizə aparan Əfqanıstan qüvvələrinə hava dəstəyi verirdi, indi o müdafiə xətti yox olur. Bu təyyarələr müdafiənin "açar daşı"dır, onların çıxarılması ilə heç bir şeyi kontrol altında saxlamaq mümkün olmayacaq. Qorxuram ki, artıq gecdir. "Bir neçə saatdan sonra bütün vəzifələri ələ keçirə bilərlər. Biz Usama Bin Ladenə sığınacaq verən, qadınlara qəddarca davranan, Qərbə qarşı çox təcavüzkar münasibəti olan bir rejimin son 20 ildə inanılmaz mübarizə aparan ölkəni ələ keçirməyinə şahid olmalı olacağıq”. pizza mizza

Qeyd edək ki, "Taliban"silahlıları artıq Əfqanıstan hökumətinin nəzarət etdiyi sonuncu böyük şəhər olan Kabilə bayraq sancıblar. Təşkilatın lideri Molla Abdulqəni Baradarın Prezident sarayına daxil olub. Bu səbəblə prezident Əşrəf Qaninin ABŞ və NATO nümayəndələri ilə məsləhətləşdikdən sonra istefa verdiyi bildirilir. Hazırda Əfqanıstanda sabiq daxili işlər naziri Əli Əhməd Cəlalinin rəhbərlik edəcəyi keçid hökuməti yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!