Rövnəq Abdullayev ağac əkdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayev ağac əkdi - Fotolar

İqtisadiyyat

23 Sentyabr 2019 17:49 1879


Bu gün Siyəzən rayonunda SOCAR-ın Zağlı-Zeyvə yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə yeni kompressor stansiyasının açılışı olub. 

“Yeni Sabah” xəbər verir ki, açılışda SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib. Rövnəq Abdullayev açılışda layihə ilə yaxından tanış olub, ağac əkib. 

Yeni layihənin həyata keçirilməsi nəticəsində 1250 abonent qazla təmin olunacaq. Layihənin özəlliyi neft quyularından il boyu yığılacaq təqribən 6,8 mln metr kub səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. pizza mizza

Qeyd edək ki, səmt qazı həm ekoloji faktor, həm də istehlakçıların artan tələbatının ödənilməsi baxımından böyük əhəmiyyətə malikdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!