Rövnəq Abdullayevin oğlunun keçmiş klubunda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayevin oğlunun keçmiş klubunda nə baş verir?

İdman

24 İyul 2019 10:07 1495


“Ötən gündən etibarən bəzi mətbu orqanlarda guya “Səbail” klubunun fəaliyyətinin dayandırılması, futbolçuların komandadan kənarlaşdırılması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmaqdadır. Hesab edirəm ki, bütün bunlara aydınlıq gətirilməsi vacibdir". 

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bunu "Səbail"in icraçı direktoru Ramin Həsənov deyib. O bildirib ki, iyulun 22-də klubdaxili iclasın keçirilməsində qeyri-adilik axtarmağa gərək yoxdur: 

"Çünki istənilən klubda bu cür iclaslar vaxtaşırı keçirilə bilər və keçirilir də. Futbolçularla ötən mövsümün yekunları, Avropa Liqasında keçirilmiş oyunlar barədə söhbətimiz olub, digər cari məsələlər barədə müzakirələr aparılıb. Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, ödənişlərdə müəyyən gecikmələr var və mövsüm ərzində bu cür halların yaşanacağı istisna olunmur.  Marqarita pizza

Lakin klub hər bir futbolçu qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirəcək. Təəssüf ki, ya iclasda iştirak edən və bu məlumatı ictimailəşdirən bəzi şəxs və ya şəxslərin səhv təqdimatı, ya da bəzi mətbu orqanlarda yanlış anlaşılma ucbatından məsələnin həqiqətə uyğun olmayan interpretasiyası ilə rastlaşırıq". 

Həsənov "Səbail"in dağılması və ya fəaliyyətini dayandırması barədə xəbərləri əsassız adlandırıb: "Ötən gündən bəri yayılmış söz-söhbətlərin, spekulyativ informasiyaların olmaması üçün klubumuzun məqşçi və futbolçu heyətinə bildirmişik ki, bu məsələ ilə bağlı açıqlama verməsinlər. Çünki hər hansı yanlış ifadə sonda klubla bağlı həqiqətə uyğun olmayan məlumatların vüsət almasına gətirib çıxarır. Birmənalı şəkildə bəyan edirəm ki, klubun fəaliyyətini dayandırması və ya dağılması barədə deyilən və yazılanların heç bir əsası yoxdur". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!