Röya Flora Kərimova ilə barışdı

saytların hazırlanması

Evə çatdırılma

Röya Flora Kərimova ilə barışdı

Şou

07 Mart 2024 20:55 903


Xalq artisti Röya illərdir küsülü olduğu Xalq artisti Flora Kərimova ilə barışıb.

Yenisabah.az xəbər verir ki, Röya bu barədə öz “Instagram” hesabında paylaşım edib.

“Bəli, çox şey yaşadıq! Amma gözəl şeylər də oldu. Bu dəli-dolu Röyanı böyümüş görmək özümün də xoşuma gəldi. Sabah dolu bir günüm olduğu üçün özümə borc bildim ki, bu gün Flora xanım Kərimovanı təbrik edim”, - deyə Xalq artisti qeyd edib. Dominos pizza

Qeyd edək ki, Flora Kərimova illər öncə verilişlərdən birində Röya haqqında xoşagəlməz ifadələr işlədərək “mənimlə Röya arasında münaqişə necə ola bilər axı? Mənim ona bir qadın kimi tövsiyələrim olub. Özünü belə aparmasın. O, populyarlığın düzgün yolunu seçməyib” deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!