“Mənim də səhifəmdə də mütləq mənfi rəy, təhqir yazan adamla olur”.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Roza Zərgərli bildirib.
O, günümüzdə ən çox müzakirə edilən mövzulardan biri – sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanlarla bağla müntəzəm rastlaşdığını etiraf edib. pizza
“Mənim də səhifəmdə də mütləq mənfi rəy, təhqir yazan adamla olur. Amma mən elələrinə fikir vermirəm, çünki ailə tərbiyəsi görmüş insan sosial mediada da öz tərbiyəsini olduğu kimi nümayiş etdirir. Kim nə görüb-götürübsə, orada da onu göstərir.
İkincisi, mən təhqir yazan insanlara üzümü tutub sual verirəm: Bəs niyə sıravi insanlar pis günündə məşhurlara üz tuturlar? Axı vicdanlı adamın bundan sonra dili gödək alar...”
Xanım sənətçi belə izləyicilərini dərhal qara siyahıya əlavə etdiyini deyib:
“Kimsə tanınmış insanı təhqir edəndə düşünsün ki, onun da evində atası, anası, həyat yoldaşı, yaxınları var. O ki qaldı məni təhqir edənlərə, həmin şəxsi dərhal bloklayıram və mənim üçün o, yox olur”.
Əsmətxanım
Telegram kanalımız