Rubinyan: Gümrü-Qars dəmir yolu açıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Rubinyan: Gümrü-Qars dəmir yolu açıla bilər

Dünya

25 Oktyabr 2024 11:06 488


Ermənistan və Türkiyənin müvafiq idarələrinin nümayəndələri Gümrü-Qars dəmir yolunun fəaliyyətinin bərpası şərtlərini qiymətləndirmək üçün yaxın vaxtlarda görüşəcəklər.

Yenisabah.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun Erməni Xidmətinə müsahibəsində parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

O əlavə edib ki, görüş günü hələ təyin olunmayıb: Sezar pizza

“Marqara körpüsü ilə bağlı Ermənistan və Türkiyə qurumlarının nümayəndələri bu razılaşmanın həyata keçirilməsi üçün yaxın vaxtlarda görüşəcəklər, Gümrü-Qars dəmir yolunun fəaliyyətini bərpa etmək üçün də lazım olan şərtləri dəyərləndiriləcək".

Rubinyan İrəvanın Ankaradan münasibətlərin normallaşdırılması məsələsində siyasi iradə gözlədiyini açıqlayıb. Onun sözlərinə görə, müzakirələr tərəflərə bir-birinin mövqelərini daha yaxşı başa düşməyə kömək edir:

“Bütün razılaşmaların həyata keçiriləcəyini gözləyirik. Diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə həll prosesi başa çatacaq. Bunu günü sabah da etməyə hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!