Rubio və Kallas Rusiyaya təzyiqin davamına dair anlaşdılar

saytların hazırlanması

Evə çatdırılma

Rubio və Kallas Rusiyaya təzyiqin davamına dair anlaşdılar

Dünya

29 Yanvar 2025 12:47 231


ABŞ dövlət katibi Marko Rubio və Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas Ukraynada "ədalətli" sülhə doğru irəliləmək üçün Rusiyaya maksimum təzyiq göstərməyə davam etmək zərurəti ilə bağlı razılığa gəliblər.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bunu söhbətin məzmunu ilə tanış olan adı açıqlanmayan Aİ rəsmisi deyib.

Mənbənin sözlərinə görə, tərəflər ölkələr arasında əməkdaşlığın gücləndirilməsini, həmçinin ümumi xarici siyasət prioritetlərini müzakirə ediblər. pizza mizza

Bundan əvvəl ABŞ Dövlət Departamenti məlumat vermişdi ki, Rubio Kallasla danışıq zamanı Brüsselin Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarını alqışlayıb. Dövlət katibi Kallası Avropanın müdafiə xərclərini artırmağa çağırıb, transatlantik təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb və Çindən gələn çağırışlara işarə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!