Ruhanidən koronavirus açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Ruhanidən koronavirus açıqlaması

Rəsmi

26 Fevral 2020 01:28 1348


İran Prezidenti Həsən Ruhani yeni növ koronavirusla bağlı ölkədə qorxunun yayılmasını düşmənin tələsi adlandırıb. "Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani Tehrandakı iclas zamanı Səhiyyə Nazirliyindən ona təqdim edilən sənədlərə əsasən virusun nəzarət altına alındığını bildirib. İlk günlərdə xəstəxanalara müraciət edənlərin sayının yüksək olduğunu, ancaq son vaxtlar bunun azaldığını, müalicədən sonra sağalanların da sayında artım olduğunu qeyd edən Prezident bütün dövlət qurumlarını diqqətli olmağa çağırıb: "Cəmiyyətdə qorxunun yayılması və ölkənin tətilə çıxması düşmənin planı və tələsidir. Hamı işində olsun. Xalqımız narahat olmasın və işbirliyi içində olsun. Ehtiyac olarsa, silahlı qüvvələr də kömək etməyə hazırdır". Ruhani vəziyyətdən istifadə edərək ölkədə maska qıtlığı yaradan şəxslərə də xəbərdarlıq edib: "Bəzi şəxslər ehtiyac olan maska, dezinfeksiyaedici vasitələri anbarlara yığıb. Hökumət qanunları pozanlarla mübarizə aparacaq. Heç kim bu həssas dönəmdən faydalanmağa çalışmasın". İran Prezidenti ehtiyac olmadığı müddətdə insanları kütləvi yerlərdə olmamağa çağırıb. O, şənbə günündən etibarən hər şeyin normal axarına düşəcəyini deyib. Qeyd edək ki, İranda 15 nəfər koronavirusdan dünyasını dəyişib. 95 nəfərdə isə yoluxma halı qeydə alınıb. /Qafqazinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!