Keçmiş müğənni, hazırda iş xanımı Ruhi Əliyeva geyim qarderobunu nümayiş etdirib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında evindən görüntüləri izləyiciləri ilə bölüşən Ruhi geyimlərini hər zaman son dəbə uyğun seçdiyini deyib:
“Həyatım boyunca gözəlliyə, zövqlü geyimlərə çox önəm verdim. Baş verən nə varsa, mütləq zövqlə olmalıdır. Qarderobumda yer alan ən xırda detal belə mənə yaraşmalı, tərzimə və mütləq son dəbə uyğun olmalıdır". Dördpendirli pizza
O, köhnə paltarlarını atmadığını, ehtiyacı olanlara vermək istədiyini deyib:
“İllərdir paltar şkafımda saxladığım, lakin istifadə etmədiyim bir çox geyimlərim var. Onlar zamanında ən dəbli libaslar olsa da, bu gün artıq aktual deyil. Həmin geyimlərimi zibilə atmaq günah olar. Lakin bu libasları ehtiyacı olan və ya çox bəyənən bir xanıma vermək lap mənim ürəyimdən xəbər verir. Burada bir donum var. Çox zövqsüzdür. Bilmirəm onu nə vaxt almışam. Amma qarderobumdan tapdım”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız