“Rus, fransız, türk dilində təhsil bağlansın! Axmaqlığın da bir dərəcəsi olmalıdır...”

saytların hazırlanması

Evə çatdırılma

“Rus, fransız, türk dilində təhsil bağlansın! Axmaqlığın da bir dərəcəsi olmalıdır...”

Sosial

20 Fevral 2025 17:13 14355


"100 faiz bağlansın! Rus, fransız, türk və ingilis dilində təhsil - hamısı bağlansın! Türk də bağlansın! Yalnız Azərbaycan dili qalsın! Axmaqlığın da bir dərəcəsi olmalıdır... Hər dəfə qəsdən bu mövzunu açırlar. Qutarın da bu məsələni. Kim istəyir oxusun, kim istəmir oxumasın. Nə məsələdir ki, bu məsələni qəsdən hər dəfə qaldırırlar? Əgər pisdirsə, nəyə görə, bu qədər uşağı rus sektoruna qoyublar. Hamısı xəyanətdir. Hamısı xəyanət edib! Bəsdir, camaatı özümüzə güldürməyək”.

“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Çingiz Abdullayev Kulis.az-a açıqlamasında deyib.

Rus dilində təhsilin dayandırılması ilə bağlı təkliflərə Xalq yazıçısı reaksiyasını belə davam etdirib: Pepperoni pizza

“Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırmaq lazımdır. Siz axı özünüz də rus sektorunda oxumusunuz. Siz “tafotu” yaxşı görürsüz. “Tafot” var axı. “Tafot” var. Ona görə nə edirsizsə edin Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırın. Mən nəyə görə hər yerdə Azərbaycan dilində danışıram, çıxış edirəm. Mən istəyirəm ki, bizim uşaqlarımız kitabları Azərbaycan dilində oxusunlar. Onlar öyrəşsinlər, bilsinlər ki, dünya necə genişdir. Hər şey belədir. Amma təəssüflər olsun ki, indiyəcən minlərlə adam dava edib ki, uşaqlarımız rus sektorunda oxusun. Bu həqiqətdir. Yalandan desək ki, bu belə deyil, düz olmaz. Bu həqiqətdir. Azərbaycanda minlərlə valideyn övladını rus bölməsinə qoymaq üçün dava edir. Heç kəs dava etmir ki, uşaqlarımı verim Azərbaycan sektoruna. Özləri bilmir, amma övladını rusca oxutmaq istəyir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xanlar
    Çox dil bilmək qəbahət deyil. Əsas odur ki, vətənini, xalqını, elini, obanın sevəsən.
    1 year ago
  • Roman
    30 il qabaq elə idi. Getdi o dövr. İndi ruslar da ingilis dili öyrənir.
    1 year ago
  • Roman
    30 il qabaq elə idi. Getdi o dövr. İndi ruslar da ingilis dili öyrənir.
    1 year ago
  • Haller
    ...rus dilini mudafie edenler...potensial rus spionlaridir...sizin diliniz nedir?!...bir milleti mehv etmek isteyirsense, dilini yox etmelisen ve sizinkimiler sayesinde buna yavas-yavas nail olunur!!!...buna ise millete ve dovlete xeyanet deyilir!!!...rusu sevirsen, get rusiyana!!!
    1 year ago