Rus müxalif Türkiyəyə qaçıb?

saytların hazırlanması

Evə çatdırılma

Rus müxalif Türkiyəyə qaçıb?

Dünya

09 Avqust 2021 10:51 1474


Rusiyada həbsdə olan Aleksey Navalnının yaxın silahdaşı Lyubov Sobolun ölkədən qaçaraq Türkiyəyə sığındığı iddia olunub.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia Moskva rəhbərliyinin müxalifətə çox ağır zərbə vurmasından sonra gəlib. Məhkəmə Sobola ev dustaqlığına bənzər bir cəza vermişdi.

Rusiyanın RT və REN TV kanalları Sobolun Şənbə günü axşam Türkiyəyə qaçdığını iddia edib. Marqarita pizza

Sobol Covid-19 qadağalarını pozaraq etiraz etdiyi üçün 1,5 il ev dustaqlığına məhkum edilib.

Sobolun yaxın ətrafı gənc siyasətçinin ölkədən qaçması ilə bağlı hələ bir açıqlama verməyib.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!